Temirlan Maçalikaşvilinin ailə üzvləri ilə görüşdə türk klinikasının nümayəndəsi də iştirak edirdi
Temirlan Maçalikaşvilinin ailə üzvləri ilə görüşdə türk klinikasının nümayəndəsi də iştirak edirdi

Pankisi dərəsində xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalakaşvilinin müalicəsini davam etmək üçün, pasientin ailəsi tərəfindən seçilən türk klinikası ilə aktiv danışıqlar aparılır, – bu barədə Birinci Kanala Səhiyyə Nazirliyindən bildirdilər.

“Səhiyyə Nazirliyinin nümayəndəsi Avtandil Talakvadze, Temirlan Maçalakaşvilinin anası, ailənin vəkili və türk klinikasının vasitəçi şirkətinin nümayəndəsi arasında görüş az öncə başa çatdı.

Görüşdə pasientin Türkiyəyə göndərilməsi və müalicəsinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu”, – Səhiyyə Nazirliyindən bildirdilər.

Temirlan Maçalikaşvilinin sağlamlıq durumu bu günə qədər ağır olaraq qalmaqdadır.