Duisidə yaralanan Temirlan Maçalikaşvilinin atası DTX-nin məlumatı ilə razılaşmır
Duisidə yaralanan Temirlan Maçalikaşvilinin atası DTX-nin məlumatı ilə razılaşmır

Duisi kəndində xüsusi əməliyyat zamanı yaralanan 19 yaşlı Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili, onun əlqumbarasını işə salması cəhdini qətiyyən istisna edir. Malxaz Maçalikaşvilinin dediyinə görə, evlərində silah heç bir zxaman olmayıb.

Bunanla bərabər, Malxaz Maçalikaşvili onun oğlunun, Ahmed Çatayebin qruplaşması ilə əlaqədə olmasını da istisna edir.

“Sənədlər artıq toplamışdıq, Temirlan Mühafizə Polisində işə başlamalı idi. Onun hüquqmühafizəçilərə qarşı müqaviməti heç zaman olmayıb”, – Malxaz Maçalikaşvili bəyan edir.

Elə onun dediyinə görə, oğlunun günahsız olmasının təsdiqini və yaralanma faktının araşdırılmasını məhkəmə yolu ilə çalışacaq.

Telavinin Referal Xəstəxanasında Temirlan Maçalikaşvilinin neyrocərrahiyyə əməliyyatı bir saatdır edilir.

 

 

Şərh yaz