Təbii fəlakət nəticəsində yaranmış fövqəladə duruma münasibət üçün hərbi qüvvələrin istifadəsi barəsində prezidentin əmrini parlament fövqəladə iclasda təsdiq edəcək
Təbii fəlakət nəticəsində yaranmış fövqəladə duruma münasibət üçün hərbi qüvvələrin istifadəsi barəsində prezidentin əmrini parlament fövqəladə iclasda təsdiq edəcək

Gürcüstan prezidenti, Gürcüstan Silahlı Qüvvələrinin Ali Komandiri Giorgi Maqrvelaşvili Sameqrelo-Zemo Svanetidə, Mestiya munisipalitetində təbii fəlakət nəticəsində yaranmış fövqəladə duruma münasibət üçün hərbi qüvvələrin istifadəsi barəsində əmr verdi.

Konstitusiyaya əsasən prezidentin əmrini parlamentdə təsdiq etməlidirlər.

Gürcüstan parlamentindən bəyan etdiklərinə görə, qeyd olunan məsələ ilə bağlı Tbilisidə, parlament binasında bugün büro iclası, sonra isə, müdafiə və təhlükəsizlik komitəsinin iclası keçiriləcək.

Saat 17:30-da isə, Kutaisidə parlament binasında fövqəladə iclas keçiriləcək. İclasda prezidentin əmri barəsində müzakirə aparacaqlar.