Ruxi Xəstəxanasını bu gün koronavirusdan müalicə olunan altı pasiyent tərk edəcək
Ruxi Xəstəxanasını bu gün koronavirusdan müalicə olunan altı pasiyent tərk edəcək

Ruxi Respublika Xəstəxanasında koronavirusa yoluxan altı pasiyent müalicə olunaraq sağaldı və onlar xəstəxananı bu gün tərk edəcəklər.

Ruxi Xəstəxanasında koronavirusdan cəmi səkkiz pasiyent sağalıb. Onların hamısı Lenceri klasterindəndir.

Dünən xəstəxanaya Mestiyadan daha bir pasiyent yerləşdirdilər. Hazırda klinikada koronavirusa yoluxan beş pasiyent müalicəsini davam etdirir.