Mestiya munisipalitetində koronavirus üzrə yoxlanılan dörd minə qədər vətəndaşdan virus 43 şəxsdə təsdiq olundu
Mestiya munisipalitetində koronavirus üzrə yoxlanılan dörd minə qədər vətəndaşdan virus 43 şəxsdə təsdiq olundu

Lenceri klasteri iki yeni virusa yoluxan ilə artdı, – bu barədə Sameqrelo-Zemo Svaneti qubernatorunun müavini, Nino Vibliani bəyan etdi.

Onun dediyinə görə, Mestiya munisipalitetində vətəndaşların kütləvi testləşdirilməsi həyata keçirilir və bu vat üçün yoxlanılar dörd minə qədər vətəndaşdan koronavirus 43-də təsdiq olundu.

Gürcüstanda bu vaxt üçün koronavirusun 1 336 halı təsdiq olunub. Buradan 1 088 vətəndaş sağalıb. Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib. Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib. Karantin rejimində 7 597 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.