Gürcüstanda koronavirusun 17 yeni halından 11 halı Mestiya munisipaliteti ilə əlaqədardır
Gürcüstanda koronavirusun 17 yeni halından 11 halı Mestiya munisipaliteti ilə əlaqədardır

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun 17 yeni halından 11 halı Mestiya munisipaliteti ilə əlaqədardır, biri təsdiq olunmuş halın kontaktına məxsusdur, beşi isə, xaricdən daxil ediləndir.

Qamğrelidzenin məlumatına görə, hamısının yoluxma mənbəsi məlumdur.

“Bu gün səhər saat 09:00 üçün 17 yeni hal artdı. Ölkədə cəmi 1 411 təsdiq olunmuş hal var. Gürcüstanda koronavirusun 17 yeni halından 11 halı Mestiya munisipaliteti ilə əlaqədardır, biri təsdiq olunmuş halın kontaktına məxsusdur, beşi isə, xaricdən daxil ediləndir. Hamısının yoluxma mənbəsi məlumdur. Xaricdən daxil ediləndən üçü yük avtomobilin srücüsüdür”, – Amiran Qamğrelidze bəyan etdi.