Tbilisidə Ceyms Blantın konserti keçiriləcək
Tbilisidə Ceyms Blantın konserti keçiriləcək

Məşhur musiqiçi və müğənni Ceyms Blant Gürcüstana gələcək. Britanyalı müğəninin konserti, Gürcüstan müstəqillik günü, mayın 26-da, Mixeil Mesxi adına stadionda keçiriləcək. Konsert saat 17:00-da başlayacaq. Bu haqqda black pearl live-nin nümayəndələri mətbuat konfransında bəyan etdilər.

Ceyms Blant Gürcüstana “müstəqillik günü” festivalı çərçivəsində gələcək.

Biletlərin satışı dekabrın 11-dən başlayacaq və qiyməti 120-dən 325 lariyə qədər olacaq.

Ceyms Blant ilə səhnəyə iki gürcü və bir afrikalı qrup çıxacaq. Bunlar – Young Georgoan Lolitas və Loudspeakers, The Parlotones-dir.

Məşhur solo müğənni konsertdə tanınmış hitlərini yerinə yetirəcək.