Gürcüstanın baş naziri Azərbaycanlıları İlk Demokratik Respublikasının 100 illik yubileyini təbrik etdi
Gürcüstanın baş naziri Azərbaycanlıları İlk Demokratik Respublikasının 100 illik yubileyini təbrik etdi

Səmimi qəlbdən səxsən sizi, cənab səfir və dost azərbaycan xalqını bu önəmli milli bayramı – Respublika Gününü təbrik edirəm. Ölkələrimiz bu il, İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyini qeyd edir. Rəmzidir ki, biz indi, 100 il bundan əvvəl, millətlərimiz irəliləyiş və firəvanlıq yolunu seçdikləri divarlar arasında dururuq.

Düz bir əsr bundan əvvəl, 1918-ci il mayın 28-də, Azərbaycan Milli Şurası məhz elə burada, bu binada Azərbaycanın İlk Demokratik Respublikasının müstəqilliyini bəyan etdi.

İki gün bundan əvvəl isə, elə bu binada, Gürcüstanın Milli Şurası yekdilliklə müstəqillik aktını dəstəklədi və İlk Demokratik Respublikanın yaradılmasını elan etdi, – bu sözlərlə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Azərbaycanın İlk Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirə toplaşan qonaqlara müraciət etdi.

Hökumət başçısı qeyd etdi ki, o zaman, 20-ci əsrin əvvəlində təəssüflər ki, Gürcüstan və Azərbaycanın müstəqilliyi qısa müddətli oldu.

“Mayın 26-da, iki gün bundan əvvəl, Azərbaycan Milli Məclisinin sədri, cənab Oktay Əsədovla birlikdə bizim Respublika günümüzü qeyd etdik. Təəssüflər ki, 20-ci əsrin əvvəlində bizim müstəqilliyimiz qısa müddətli oldu.

Azərbaycan Respublikası 23 ay, gürcü isə, 3 ilə qədər mövcud oldu. Lakin onlar bizim dövlətçilik tariximizdə silinməz iz qoydular.

Bu yüz il ərzində ölkələrimiz bir sıra maniələr və çağırışlardan keçdi. Xalqlarımızın dostluğu və yaxşı qonşuluğu çox əsrlik tarixi sayır. Biz birgə səylərlə daha artıq bölgə qururuq.

Dinc və sabit bölgə bu gün hər birimiz üçün ən başlıca qayğıdır”, – Hökumət başçısı nitqlə çıxış edərkən bəyan etdi.

Baş nazir nitqlə çıxış edərkən Azərbaycan prezidenti İlham Əliyev və onun ailəsini, eləcə də Azərbaycan xalqını, Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü təbrik etdi. Giorgi Kvirikaşvili Azərbaycana sülh, firəvanlıq və uğurlar arzuladı.

“Ümud edirəm ki, birgə səylərlə və qoşulma ilə üzərimizə düşən böyük missiyanı yerinə yetirəcəyik. Azərbaycanın quruculuğu haqqında söhbət edərkən, bu işdə böyük tövhəsi olan, Heydər Əliyev adından yan keçə bilmərik.

Az öncə, mayın 10-da, onun anadan olmasının 95 ili tamam oldu. Fürsətdən istifadə edərək, Azərbaycan prezidenti, İlham Əliyev və onun ailəsini, eləcə də Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan prezidentinə ölkənin quruculuğu işində daha artıq uğurlar arzulayıram. Azərbaycanın İk Demokratik Respublikasının 100 illik yubileyini bir daha təbrik edirəm və Azərbaycan xalqına  sülh, firəvanlıq və uğurlar arzulayıram”, – Giorgi Kvirikaşvili bəyan etdi.