İlham Əliyev bəyan edir ki, azərbaycanlı hərbçilər tanınmamış Dağlıq Qarabağın Şuşa şəhərini azad etdilər
İlham Əliyev bəyan edir ki, azərbaycanlı hərbçilər tanınmamış Dağlıq Qarabağın Şuşa şəhərini azad etdilər

İlham Əliyev bəyan edir ki, azərbaycanlı hərbçilər tanınmamış Dağlıq Qarabağın Şuşa şəhərini azad etdilər. Bu barədə məlumatı Azərbaycan xəbər agentlikləri yayırlar.

Şuşa şəhəri strateji əhəmiyyəti olan şəhərdir və o, tanınmamış Dağlıq Qarabağın üzdəniraq paytaxtına yaxın yerləşir.

Şuşa yaxınlığında döyüş əməliyyatları bir neçə gün ərzində aparılıdı və bunu tanınmamış Dağlıq Qarabağda da, Ermənistanda da təsdiq edirlər.

Erməni mediasının məlumatına görə, Şuşa yaxınlığında döyüş davam edir. Ona qədər məlumat yayıldı ki, tanınmamış Dağlıq Qarabağın qondarma paytaxtı Stepanakertdə həyacan siqnalı bir neçə dəfə eşidildi.