Mayın 26-da dünyanın müxtəlif ölkələrinin paytaxtlarında Gürcüstan bayrağının işıqları yanacaq
Mayın 26-da dünyanın müxtəlif ölkələrinin paytaxtlarında Gürcüstan bayrağının işıqları yanacaq

Mayın 26-da dünyanın müxtəlif ölkələrinin paytaxtlarında Gürcüstan bayrağının işıqları yanacaq.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze, bugün Gürcüstanın ilk Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunan tədbirlər siyahısını təqdim edərkən verdi.

Canelidzenin dediyinə görə, dünyanın 30 ölkəsində, 26 may tarixinin qeyd edilməsi üçün, Gürcüstana dostluq əlaməti olaraq, memorial lövhələri hazırlanacaq, müxtəlif universitetlərdə Gürcüstan qüşələri hazırlanacaq. Vilnyusda isə, Gürcüstan adına küçə açılacaq.

Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində 100-dən artıq tədbir keçiriləcək.

Bunların arasında mədəni tədbirlər, elmi konfranslar, mühazirələr və qəzet məqalələri var.

Həmçinin, geniş miqyaslı konfrans Vaşinqtonda, Brüsseldə və Avropanın digər ölkələrində keçiriləcək.