Gürcüstanın Birinci Kanalı 26 May tarixini fərqli televiziya proqramı ilə qeyd edəcək [Video]

Gürcüstanın Birinci Kanalı 26 May – Müstəqillik gününü bütün gün ərzində fərqli televiziya proqramı ilə qeyd edəcək və tamaşaçılara kəsilməyən tele-efir təqdim edəcək.

Mayın 26-da, səhər saat 10:00-dan Gürcüstanın Birinci Kanalının izləyiciləri bayram tədbirlərini və Rustaveli prospektində, Müstəqillik gününün necə qeyd edildiyini izləyə biləcəklər.

Jurnalistlər bayram tədbirlərinin keçirildiyi hər yerdən canlı yayıma qoşulacaqlar.

Bunlarla yanaşı, paytaxtda konser tədbirləri keçiriləcək.

Mayın 26-da, İlk Respublika meydanında, bütün Gürcüstanla bərabər mahnı oxuyaq!