Strasburqda Avropa Şurası sarayının önündə Zurab Jvanianın ulduzu açılacaq
Strasburqda Avropa Şurası sarayının önündə Zurab Jvanianın ulduzu açılacaq

Strasburqda Avropa Şurası binasının önündə Zurab Jvanianın ulduzu açılacaq.

Avropa Şurası sarayının önündə, Avropa Şurasının fəaliyyətinə xüsusi qatqısı olan məşhur siyasətçilərin ulduzları yerləşir və artıq onların arasında Gürcüstanın mərhum baş nazirinin adı da olacaq.

Ulduzun yanında Zurab Jvanianın məşhur frazası da yazılacaq: “Mən gürcüyəm və demək ki, Avropalıyam”.

Bu frazayı Zurab Jvania 20 il bundan öncə, məhz Avropa Şurasının Parlament Assambleyasının iclasında demişdi və nəticədə, Assambleya birgə şəkildə, Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləmişdi.