Gürcüstanın təşəbbüsü ilə Avropa Şurası fəaliyyəti bərpa olundu və nazirlər komitəsi COVID-19 pandemiyası ilə bağlı bəyannamə qəbul etdi
Gürcüstanın təşəbbüsü ilə Avropa Şurası fəaliyyəti bərpa olundu və nazirlər komitəsi COVID-19 pandemiyası ilə bağlı bəyannamə qəbul etdi

COVID-19-un prevensiyası məqsədi ilə tədbiq edilmiş məhdudiyyətlərdən irəli gələrək, Avropa Şurasının nazirlər müavinləri komitəsi, Gürcüstanın sədrliyi təşəbbüsü ilə, bu gün video konfrans formatında ilk görüşünü keçirdi.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Görüşdə, Avropa Şurasının nazirlər komitəsi Gürcüstanın sədrliyi çərçivəsində, COVID-19 pandemiyası ilə bağlı bəyannamə qəbul etdi.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bəyannamədə deyilir ki, Avropa Şurasının yaradılmasından bu günə qədər, COVID-19 pandemiyası presendentsiz çağırışı təşkil edir.

Nazirlər komitəsi qeyd edir ki, xəstəliklə mübarizə təşkilatın prinsipləri və üzv ölkələrin öhdəliklərinə müvafiq olaraq həyata keçirilməlidir – insan hüquqları, demokratiya, qanunun aliliyi.