Gürcüstanın baş naziri Avropa Şurası ofisinin yeni rəhbəri ilə görüşdü
Gürcüstanın baş naziri Avropa Şurası ofisinin yeni rəhbəri ilə görüşdü

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Avropa Şurası ofisinin yeni rəhbəri, Nataliya Vutova ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tanışlıq xarakterli görüşdə, Giorgi Qaxariya Avropa Şurası ofisinin rəhbərini missiyaya başlamasını təbrik etdi və Avropa Şurası ofisi ilə sıx əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu ifadə etdi.

Avropa Şurası ofisinin rəhbəri Gürcüstanın koronavirusla mübarizə baxımından uğurunu xüsusilə qeyd etdi. Həmçinin pandemiyaya baxmayaraq Avropa Şurası nazirlər kabinetində Gürcüstanın uğurlu sədrliyi xüsusilə qeyd olundu.

Görüşdə insan hüquqları müdafiəsi və demokratiyanın möhkəmləndirilməsi istiqamətilə Gürcüstan tərəfindən nail olunan tərəqqi qeyd edildi.

Baş nazir, 31 oktyabrda Parlament seçkilərinin azad, ədalətli və demokratik mühitdə keçirilməsi əhəmiyyətini xüsusilə qeyd etdi.

Baş nazir və Avropa Şurası ofisinin rəhbəri həmçinin, bölgədə cari prosesləri müzakirə etdilər.