Strasburq küçələrində gürcü əlifbası ilə bəzədilən tramvay hərəkət edir [Foto/Video]

Strasburqda, bu gündən etibarən, altı ay ərzində, gürcü əlifbası ilə bəzədilən tramvay hərəkət edəcək.

Tramvay bu gün küçədə ilk dəfə göründü.

Qeyd olunan jest Gürcüstanın Avropa Şurasının nazirlər komitəsində sədr ölkəsi olması ilə bağlıdır.

Gürcü əlifbası və Gürcüstanın sədrlik loqosu ilə bəzədilən tramvayla bu gün Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani, Strasburqun meri və Avropa Şurasının baş katibi yolçuluq etdilər.

Həmçinin, Strasburqun Respublika meydanında, sədr ölkə olaraq, Gürcüstan bayrağının ucaldılması planlaşdırılır.

Tədbir çərçivəsində, simvolik lent kəsildi və Gürcüstanın milli himni səsləndi.

Bu gündən 2020-ci ilin mayın 15-nə qədər Gürcüstan Avropa Şurasının nazirlər komitəsinin sədr ölkəsi olacaq.