Sloveniya prezident seçkilərində hazırkı prezident, Borut Pahor qalib gəldi
Sloveniya prezident seçkilərində hazırkı prezident, Borut Pahor qalib gəldi

Sloveniya prezident seçkilərində hazırkı prezident, Borut Pahor qalib gəldi. Sloveniya seçki kommisiyası tərəfindən bəyan edilən ilkin göstəricilərə görə, 54 yaşlı siyasətçiyə seçkilərin ikinci turunda seçicilərin 53,13 faizi səs verdi.

Pahorun rəqibi, Kamniki şəhərinin meri, 39 yaşlı Marian Şerets səslərin 46,87 faizini topladı.

Prezident seçkilərinin ikinci turunda seçicilərin aktivliyi 40,7 fasizi təşkil etdi. Bu isə çox aşağı göstəricidir.

Sloveniya prezidentini əhali 5 il müddətinə seçir