Donald Tramp - hesablamanı dayandırın
Donald Tramp - hesablamanı dayandırın

“Hesablamanı dayandırın”, – ABŞ prezidenti, Donal Tramp “tvitter” sosial şəbəkəsində yazır.

Ona qədər, ABŞ prezidentliyinə namizəd, Co Bayden yazdı ki, “hər bir səs hesablanmalıdır”.

Səslərin hesablanması prosesi Amerikanın bir neçə ştatında bu vaxta qədər davam edir. Nəticələr seçkilər üçün həlledici olacaq. Bunlar arasında Nevada, Şimali Karolina, Corciya və Pensilvaniya var.

“Fox” teleşirkətinin proqnozuna görə, Pensilvanyada, Şimali Karolinada və Corciyada Tramp liderlik edir, Nevadada isə, Co Bayden. Nevadada qələbə təqdirində, Co Bayden seçicilər kollegiyasının 270 səsini toplayacaq, bu isə, qələbə üçün yetərlidir.