"ABC News" Corciya ştatında səslərin hesablanması reportajı zamanı Gürcüstanın seçki məntəqəsini göstərdi (video)

“ABC News” Amerika teleşirkəti Corciya ştatında səslərin hesablanması reportajı zamanı Gürcüstanın seçki məntəqəsini göstərdi.

Daha dəqiq olaraq, Tbilisinin 55 saylı məktəbində açılan seçki məntəqəsi önündə növbədə duran vətəndaşları göstərdilər.

Xatırladaq ki, Corciya ştatında ABŞ prezident sekilərində səslərin hesablanması həlledicidir. Corciyada, ilkin nətcələrlə, prezident Donald Tramp Co Baydendən minimal fəqrlə irəlidədir.