Donald Tramp prezident seçkiləri nəticələrindən şikayət etməyi planlaşdırır

11:54, 10.11.2020

Donald Tramp prezident seçkiləri nəticələrindən şikayət etməyi planlaşdırır. Bu barədə Ağ Evin mətbuat katibi, Kayli Makenan bəyan etdi.

“Seçkilərin başa çatmasına hələ var”, – Ağ Evin mətbuat katibi bəyan etdi.

Makenan bir daha qeyd etdi ki, “Trampın komandası istəyir ki, seçkilərdə qeydə alınan bütün qanuni səslər hesablansın, qanunsuz isə, ləğv olunsun”.

Xatırladaq ki, 7 noyabrda Amerika və beynəlxalq media ABŞ prezident seçkilərində qalib kimi Co Baydeni adlandırdı.

ABŞ-ın hazırkı prezidenti məğlubiyyətə uğradığını hələ etiraf etməyib. Tramp sübut edir ki, seçkilər zamanı pozuntular qeydə alınıb və nəticələr şikayət olunmalıdır.

Oxşar