Silviu Domente - Koronavirusla bağlı Dünya Səhiyyə Təşkilatı tərəfindən səyahətlərin və yaxud ticarətin məhdudlaşdırılması ilə bağlı rekomendasiyalar verilməliyib
“Dünya Səhiyyə Təşkilatı Çində və onun sərhədindən kənar mövcud olan vəziyyəti diqqətlə izləyir”, -Bu barədə bəyanatı Dünya Səhiyyə Təşkilatının Gürcüstan Ofisinin rəhbəri Silviu Domente verdi.
Silviu Domentenin dediyinə görə, dünən Cenevrədə, koronavirus müzakirəsi üçün, Dünya Səhiyyə Təşkilatının komitələrinin fövqəladə iclası keçirildi.
“İclasın məqsədi vəziyyətin analizi və beynəlxalq səviyyədə fövqəladə vəziyyətin elan edilməsinin gərəkli olub-olmadığı müzakirə edildi. Dünya Səhiyyə Təşkilatı Çində və ondan kənarda, virusla bağlı vəziyyəti diqqətlə izləyir. Təhlükə istisna edilə bilməz, ona görə də, digər ölkələr də koronavirusla mübarizə üçün hazır olmalıdırlar, ancaq hələlik, virusla bağlı Dünya Səhiyyə Təşkilatı tərəfindən səyahətlərin və yaxud ticarətin məhdudlaşdırılması ilə bağlı rekomendasiyalar verilməliyib” – dedi Silviu Domente.