ÜST - "COVID-19" virusunun yeni variantı ilə bağlı, Böyük Britaniya hakimiyyəti ilə sıx əlaqədəyik
ÜST - "COVID-19" virusunun yeni variantı ilə bağlı, Böyük Britaniya hakimiyyəti ilə sıx əlaqədəyik

Ümumdünya Səhiyyə Təşkilatında bəyan edirlər ki, “COVID-19” virusunun yeni variantı ilə bağlı, Böyük Britaniya hakimiyyəti ilə sıx əlaqədədirlər.

Təşkilatda qeyd edirlər ki, üzv ölkələrini və ictimaiyyəti koronavirusun yeni növü barəsində onun xüsusiyyətlərini daha yaxşı öyrənən kimi məlumatlandıracaqlar.

“COVID-19″ virusunun yeni variantı ilə bağlı, Böyük Britaniya hakimiyyəti ilə sıx əlaqədəyik. Onlar məlumatın, analaizlərin və cari tədqiqarların nəticələrini paylaşmağı davam etdirəcəklər. Üzv ölkələrini və ictimaiyyəti koronavirusun yeni növü barəsində onun xüsusiyyətlərini daha yaxşı öyrənən kimi məlumatlandıracağıq”, – Ümumdünya Səhiyyə Təşkilatının “tvitter” səhifəsində dərc olunan bəyanatda deyilir.

19 dekabrda Birləşmiş Krallığın baş naziri, Boris Consn bəyan etdi ki, ölkədə müəyyən olunan koronavirusun yeni növünün 80 faizlə artıq yoluxucu olması mümkündür. Yeni növün qeydə alınmasına görə, Hollandiya Böyük Britaniya ilə uçuşlarını dayandırdı.