Avropa çempionatında ilk və tarixi qələbə - Gürcüstan yığması 1/8 finaldadır! [Video] #1TVSPORT

 
Gürcüstan yığması Avropa çempionatının qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək tarixin yeni səhifəsini açdı. “Xaçlılar” özlərinin ilk Avropa Çempionatında 1/8 finala yüksəldilər!

Faktlar

Xviça Kvaratsxelia böyük turnirdə karyerasında ilk qolunu vurdu. O, Gürcüstan yığmasının heyətində 33 oyunda 16 qol vurub.
Kvaranın qolu Avropa çempionatları tarixində ən sürətli 5 qol arasındadır. O, matç başlayandan sonra 92-ci saniyədə Portuqaliyanın qapısından qolu keçirdi.
Portuqaliya yığmasına Avropa çempionatlarında ən sürətli qolu məhz Gürcüstan komandası vurub.
Qaret Beyldən (2016) sonra Qiorqi Mikautadze Avropa çempionatının üç debüt qarşılaşmasında qol vuran və ya məhsuldar ötürmə edən ilk oyunçudur.
Gürcüstan yığması Avro-2024-ün bu mərhələsində Macarıstan, Şotlandiya, İtaliya, Xorvatiya, Albaniya, İngiltərə, Danimarka, Sloveniya, Serbiya, Fransa, Polşa, Slovakiya, Belçika, Ukrayna və Çexiyadan daha çox qol vurub.

I hissə

Gürcüstan yığması Avropa çempionatının ilk iki oyununda bir xal qazanıb – Çexiya ilə 1:1 hesabı ilə oynayıb. Komandamıza növbəti mərhələyə keçmək üçün yalnız qələbə lazım idi. Bu, “Xaçlılar” üçün əlavə stimul oldu – onlar meydana maksimal olaraq səfərbər olmuş şəkildə çıxdılar. İkinci dəqiqədə yaxşı qol şansı yarandı və Kvaratsxelia Mikautadzenin ötürməsi ilə Avropa çempionatında özünün ilk qolunu vurdu.

“Tottenhem”in baş məşqçisi Enc Postekoqlu UEFA üçün:
“Gürcüstan heyrətamiz başladı. Kvaratsxelia üçün edilən ötürmə möhtəşəm idi, çünki onun əlavə addım atmasına ehtiyac qalmadı. Bir toxunuş və taclanma.”

İlk hissənin statistikası: Mamardaşvili topu 3 dəfə dəf etdi. Qapı çərçivəsinə zərbələr: Gürcüstan 1, Portuqaliya – 3. Qapı istiqamətində: Gürcüstan – 3, Portuqaliya – 9. Portuqaliyalıların topa sahiblikdə böyük üstünlüyə malik olmasına baxmayaraq, Gürcüstan yığması cəmi 4 dəfə cərimələndi. Rəqibimiz isə ilk hissədə iki cərimə və iki sarı vərəqə gördü.

II hissə

İkinci hissənin əvvəlində oyunun ssenarisi dəyişmədi, meydanın mərkəzinə yenə də portuqaliyalılar nəzarət edirdilər, gürcülər isə gərgin əks-hücumlar həyata keçirirdilər. Belə hücumların birində Loçoşvilini portuqaliyalılar cərimə meydançasına yıxdılar və hakim penalti təyin etdi. Mikautadze penaltini dəqiq yerinə yetirdi və Gürcüstan 2:0 hesabda önə keçdi.

3 qol və bir məhsuldar ötürmə ilə Qiorqi Mikautadze qrup mərhələsinin ən yaxşı bombardiri oldu. O, Avropa çempionatının qrup mərhələsinin hər üç oyununda qol vuran 9-cu futbolçudur. O, Alan Şirer, Xristo Stoiçkov, Savo Miloşeviç, Milan Baroş, Ruud van Nistelroy, Qaret Beyl və Kriştiano Ronaldo kimi futbolçulara qoşuldu.
Qrupun ikinci oyununda Türkiyə Çexiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci yeri tutdu.