Hökumət administrasiyasının binasında dövlət bayrağı endirilib
2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar, həlak olanların xatirəsini ehtiramla yad etmək əlaməti olaraq Gürcüstan Hökumət Administrasiyasının binası üzərində dövlət bayrağı endirilib.
Baş nazir İrakli Kobaxidzenin imzaladığı hökumət sərəncamına əsasən, Rusiyanın Gürcüstanın Abxazia və Tsxinvali bölgələrini qanunsuz işğal etmək məqsədilə həyata keçirdiyi tammiqyaslı hərbi müdaxilə nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Gürcüstanın bütün ərazisindəki inzibati orqanların binaları üzərində dövlət bayraqları endirilib.
Gürcüstan Hökuməti Administrasiyası məlumat yayır.