Qivi Mikanadze Anaklia gənclər düşərgəsinin bağlanış mərasimində iştirak edib

12:29, 13.09.2026

Gürcüstanın elm, təhsil və gənclər naziri Qivi Mikanadze Anaklia gənclər düşərgəsinin bağlanış mərasimində iştirak edib. Nazir çıxışı zamanı ali təhsil sisteminin islahatı çərçivəsində tələbələrin dəstəklənməsi baxımından həyata keçirilən təşəbbüslərdən və gələcək planlardan danışıb.

Qivi Mikanadze ölkə miqyasında düşərgə məkanlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirib və qeyd edib ki, Şaori düşərgəsinin və Kutaisi Gənclər Mərkəzinin yenilənməsi istiqamətində aktiv işlər aparılır. Həmçinin yeni düşərgələrin qurulması da planlaşdırılır.

2026-cı il düşərgəsinin sonuncu növbəsinin qonaqları Tbilisi Dövlət Universitetinin tələbələri olub.

Tədbirdə təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia, parlamentin üzvü Varlam Liparteliani, Sameqrelo-Zemo Svaneti quberniyasının dövlət nümayəndəsi Davit Verava, Zuqdidi bələdiyyəsinin meri Davit Kodua, Zuqdidi bələdiyyə məclisinin sədri Mamuka Tsotseria, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia və Gənclər Agentliyinin rəhbəri Aleksandre Kacaia iştirak ediblər.

“2026-cı ildə Anaklia gənclər düşərgəsi 12 axında həyata keçirilib və ümumilikdə 2880 gəncə, o cümlədən 720 məktəbli və 2160 tələbəyə ev sahibliyi edib. Düşərgənin məqsədi gənclərin sosial inteqrasiyasına kömək etmək, aktiv istirahət və qeyri-formal təhsilə əlçatanlığı artırmaq, sağlam həyat tərzini və milli dəyərləri təbliğ etməkdir. Beş günlük düşərgə proqramı çərçivəsində gənclər təhsil, idrak və idman fəaliyyətlərində iştirak etmək imkanı əldə etdilər. Bu il Anakliyada düşərgənin infrastrukturu, maddi-texniki bazası yeniləndi və düşərgə lazımi inventarla tam təchiz edildi”, – Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.

Oxşar