“Reuters” – Şimali Koreya şərq sahili yaxınlığında ballistik raket buraxıb
Şimali Koreya şərq sahili yaxınlığında ballistik raket buraxıb. Bu barədə “Reuters” Cənubi Koreyanın yüksək rütbəli rəsmisinə istinadən nəlumat yayır.
Medianın məlumatına görə, rəsmi Pxenyan ABŞ-ı Koreya yarımadasında gərginliyi artırmaqda ittiham edib və son bir həftədə artıq ikinci ballistik raketi sınaqdan keçirib.
Cənubi Koreyanın Birləşmiş Qərargah rəhbərliyi hadisəyə münasibət bildirib. Onların sözlərinə görə, Şimali Koreyanın Vonsan şəhərindən ballistik raket olduğu müəyyən edilən sınaq buraxılışı yerli vaxtla gündüz saat üçdə qeydə alınıb.
Bunu Yaponiya Müdafiə Nazirliyində də təsdiqləyirlər. Yaponiyanın ictimai yayımçısının məlumatına görə, ballistik raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb.