Polşada bəyan edirlər ki, Rusiyanın Ukraynanın qərb bölgələrinə həyata keçirdiyi hücum zamanı ölkənin hava məkanı pozulmayıb

14:33, 13.09.2026

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, Rusiyanın Ukraynanın qərb bölgələrinə həyata keçirdiyi hücum zamanı Polşanın hava məkanı pozulmayıb. Onun sözlərinə görə, Polşa sistemləri səhər saatlarında Ukraynanın qərb hissəsində ondan çox “Geran-5” reaktiv dronunu qeydə alıb.

“Onlardan biri Polşa sərhədindən bir kilometr, ikincisi isə beş kilometr məsafədə düşüb. Polşanın hava məkanında “F-16” tipli təyyarələr, helikopterlər və “SAAB” hava kəşfiyyat təyyarəsi patrul xidməti həyata keçirirdi. Sərhədimizin pozulması halı baş verməyib”, – deyə Polşa müdafiə naziri sosial şəbəkədə yazır.

Vladislav Kosinyak-Kamışın sözlərinə görə, Rusiya hücum taktikasını dəyişir və Ukrayna müdafiə qüvvələrini sıxışdırmaq, digər istiqamətlərdə manevr imkanlarını məhdudlaşdırmaq üçün kiçik qruplar halında buraxılan reaktiv pilotsuz uçuş aparatlarından getdikcə daha tez-tez istifadə edir.

“Hərbçilərimizə təşəkkür edirəm. Polşanın hava hücumundan müdafiə sistemi daim gücləndirilmiş döyüş hazırlığı vəziyyətindədir”, – Kosyniak-Kamış qeyd edir.

Oxşar