Maka Boçorişvili BMT-nin Gürcüstandakı rezident əlaqələndiricisi Didiye Tğebiuk ilə görüşüb
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT-nin Gürcüstandakı rezident-əlaqələndiricisi Didiye Tğebyuk ilə görüş keçirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan hökuməti ilə BMT arasında mövcud olan əməkdaşlıq vurğulanıb. Bu kontekstdə, 2026-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Naminə Əməkdaşlıq Çərçivə Sənədinin icrasına xüsusi diqqət yetirilib.
Görüşdə həmçinin BMT-nin gündəliyində mövcud olan mühüm məsələlər, o cümlədən Baş katibin “UN80 təşəbbüsü” çərçivəsində həyata keçirilən təşkilatın islahatı müzakirə olunub.
Tərəflər cari ildə planlaşdırılan BMT-nin yüksək səviyyəli tədbirlərini və bununla bağlı Gürcüstanın əsas prioritetlərini nəzərdən keçiriblər.