9-11 avqust tarixlərində Gürcüstanda yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv
9-11 avqust tarixlərində Gürcüstanda ara bir yağış gözlənilir, – Ətraf Mühit Agentliyi məlumat yayır.
Sinoptiklərin məlumatına görə, avqustun 9-da sahil rayonlarında, Acara-Guria, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti və Samtsxe-Cavaxeti regionlarının dağlıq zonalarında, avqustun 10-11-də isə Kaxeti, Kvemo Kartli və Mtsxeta-Mtianeti regionlarında bəzi yerlərdə güclü intensiv yağış gözlənilir.
“Şimşək çaxması, dolu və küləyin güclənməsi mümkündür. Gözlənilən güclü yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilib.