Ölke miqyasında elektrik enerjisi təchizatı tamamilə bərpa olunub
Gürcüstanın Dövlət Elektrosisteminin məlumatına görə, ölkə miqyasında elektrik enerjisi təchizatı saat 10:15 üçün tamamilə bərpa olunub.
Tbilisi və regionların bir hissəsində elektrik enerjisi təchizatı səhər saat 08:00-da qəza səbəbindən kəsilib.
Gürcüstanın Dövlət Elektrosisteminin bildirdiyinə görə, qəza qeydə alınan kimi dərhal enerji sisteminin bərpasına başlanılıb.
“İntensiv və koordinasiyalı iş nəticəsində istehlakçılara elektrik enerjisinin mərhələli şəkildə verilməsinə ən qısa zamanda başlanılıb. Hazırda qəzanın baş vermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – Dövlət Elektrosisteminin bəyanatında qeyd olunub.
Bununla yanaşı, kütləvi elektrik kəsintisi səbəbindən Tbilisi metrosu və Gürcüstan Dəmir Yollarının fəaliyyətində də fasilələr yaranıb. Hazırda onların da fəaliyyəti yenilənib.