İrakli Kobaxidze - Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək
İrakli Kobaxidze - Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək

 
Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Kobaxidzenin qeyd etdiyi kimi, ABŞ Prezidentinin kim olacağına Amerika xalqı qərar verməlidir.

“İlk növbədə, əlbətdə biz heç kimin seçkilərinə müdaxilə edə bilmərik. Üstəlik, bu böyüklükdə ölkənin, ABŞ-ın prezident seçkilərinə heç bir şəkildə müdaxilə edə bilmərik, bu, bizim işimiz deyil. Deyilə biləcək yeganə şey odur ki, Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək, bu da xüsusilə Gürcüstana yönəlik də münasibəti dəyişəcək. Regionda sülh olsa, Gürcüstana yönəlik münasibət də dəyişəcək. Bu, bununla bağlı deyilə biləcək yeganə şeydir. Qalanı Amerika xalqının seçimidir. ABŞ Prezidentinin kim olacağına Amerika xalqı qərar verməlidir” – deyə İrakli Kobaxidze bildirib.

Co Bayden 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkdi və Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirdi.

Bununla yanaşı, ABŞ prezidentliyinə namizəd Donald Tramp qeyd etdi ki, “Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq”.