İrakli Kobaxidzenin sərəncamı ilə Gürcüstanın bütün şəhər və kəndlərində 40 000-dən çox birinci sinif şagirdi ilk tingini əkəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sərəncamı ilə ölkənin bütün şəhər və kəndlərində 40 000-dən çox birinci sinif şagirdi ilk tingini əkəcək.
İrakli Kobaxidzenin sərəncamına əsasən, yerli özünüidarəetmə orqanlarının və təhsil müəssisələrinin cəlb olunması ilə, 15 sentyabr 2026-cı il tarixində Gürcüstanın bütün ərazisində qeydiyyatdan keçmiş bütün birinci sinif şagirdlərinə öz tinglərini əkmək və onun böyümə və inkişafını müşahidə etmək prosesinə qoşulmaq imkanı veriləcək.
Baş nazirin sərəncamında qeyd edildiyi kimi, “Mənim ilk tingim” proqramının məqsədi gənclərin fəal iştirakı ilə meşə və yaşıl sahələrin bərpasının artırılmasına töhfə vermək, biomüxtəlifliyi qorumaq, iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması prosesində cəmiyyətin iştirakını artırmaq və davamlı inkişaf prinsiplərini bərqərar etməkdir. Həmçinin, proqramın əsas məqsədlərini ölkənin uzunmüddətli ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və meşələrin bərpası üzrə dövlət siyasətinə inteqrasiya etməkdir.
Sənədə əsasən, proqram çərçivəsində, yerli özünüidarəetmə orqanlarının cəlb olunması ilə yaşayış məntəqələrində və onlara bitkişik ərazilərdə bələdiyyə mülkiyyətində olan sahələr müəyyən ediləcək və orada yaşıllaşdırma tədbirləri planlaşdırılacaq.
Bununla yanaşı, hökumətin sərəncamında qeyd edildiyi kimi, ətraf mühit şəraiti, iqlim qurşağı və biomüxtəlifliyin qorunması prinsipləri nəzərə alınmaqla tinglərin növləri seçiləcək və optimal əkin dövrləri/müddətləri müəyyən ediləcəkdir.
Hökumətdə hesab edirlər ki, proqramın həyata keçirilməsi yaşayış məntəqələrində və onlara bitkişik ərazilərdə yaşıl sahələrin artmasına; havanın keyfiyyətinin və yerli ekosistemlərin vəziyyətinin yaxşılaşmasına; torpaqların deqradasiyasının qarşısının alınmasına; ətraf mühitə qarşı məsuliyyət və təbiətə qayğı mədəniyyətinin formalaşmasına töhfə verəcəkdir.
Sənədə əsasən, proqram Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyi, Gürcüstanın Regional İnkişaf Nazirliyi və yerli özünüidarəetmə orqanları ilə koordinasiyalı şəkildə həyata keçiriləcəkdir.
“Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi proqramı Nazirlik sistemində təyin etdiyi qurum vasitəsilə həyata keçirəcək; müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə, proqramın həyata keçirilməsi üçün zəruri olan tədbirlərin planlaşdırılmasını, o cümlədən tinglərin satın alınmasını və yaşıllaşdırma tədbirlərinin planlaşdırılacağı konkret ərazilərə nəql edilməsini təmin edir; “Ətraf mühitə dair məsuliyyət haqqında” Gürcüstan Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş ətraf mühit proqramından layihənin icrası üçün zəruri olan maliyyə resurslarının cəlb edilməsini təmin edir; proqramın uğurla həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi kampaniyalarının planlaşdırılmasını/həyata keçirilməsini təmin edir; proqramın həyata keçirilməsinin monitorinqini təmin edir; proqramın əsas məqsədlərinin ölkənin uzunmüddətli ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və meşələrin bərpası üzrə dövlət siyasəti ilə inteqrasiyasını təmin edir.
Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyi, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyalı şəkildə, birinci sinif şagirdlərinin proqram çərçivəsində planlaşdırılan fəaliyyətlərə cəlb olunmasını, o cümlədən onların nəqliyyatla təmin edilməsi üçün zəruri tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edir. Gürcüstanın Regional İnkişaf Nazirliyi və yerli özünüidarəetmə orqanları, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyalı şəkildə, bələdiyyə mülkiyyətində mövcud olan və tinglərin əkiləcəyi əraziləri müəyyən edir; tinglərin əkilməsi üçün zəruri olan bütün tədbirlərin həyata keçirilməsini təmin edir; əkilmiş tinglərin sonrakı qulluq və mühafizəsini təmin edir“, – sərəncamda deyilir.