Donald Tusk – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiyanın mümkün eskalasiyaya ciddi hazırlaşdığına işarə edən çox sayda siqnal mövcuddur.
Onun sözlərinə görə, növbəti yeddi-səkkiz ay Ukraynanın, Polşanın və bütövlükdə regionun təhlükəsizliyi üçün kritik ola bilər.
Jurnalistlər Polşanın Baş nazirinə Con Retkliffin Moskvaya son səfəri barədə sual veriblər. Tuskun sözlərinə görə, Polşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə daimi təmasdadır və Retkliffin fəaliyyəti barədə məlumat onlar üçün gözlənilməz olmayıb.
“Biz Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə daimi əlaqədəyik, buna görə də Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin hərəkətləri və tədbirləri barədə hər hansı bir məlumat bizi təəccübləndirmir”, – Polşa Baş naziri qeyd edib.
Donald Tuskun sözlərinə görə, təhlükəsizlik məsələləri ilə bağlı bəzi məlumatlar məxfi qalmalıdır, lakin bu, ictimaiyyətə ən mühüm təhlükələr barədə məlumat verilməməli olduğu mənasına gəlmir.
Tusk qeyd edib ki, indi söhbət artıq yalnız ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfərindən getmir.
“Son həftələr ərzində Rusiyanın eskalasiyaya hazırlaşması barədə çox sayda ictimai siqnal ortaya çıxır. Rusiya üçün bu payız və qış həlledici olmalıdır”, – Tusk qeyd edib.