Donald Tusk – Növbəti altı ay həlledici olacaq, Rusiyanın NATO-nun hər hansı bir üzv ölkəsinə qarşı təxribat törətmək ehtimalını istisna edə bilmərik
Polşanın Baş naziri və NATO-nun Baş katibi telefon danışığı keçiriblər, – bu barədə Donald Tusk sosial şəbəkədə yazıb.
Donald Tuskun bəyanatına görə, Mark Rutte bölgədəki mövcud vəziyyət və Rusiya-Ukrayna müharibəsi ilə bağlı öz qiymətləndirmələrini onunla bölüşüb.
Tuskun sözlərinə görə, növbəti altı ay həlledici olacaq, Polşa və NATO müxtəlif ssenarilərə hazır olmalıdırlar.
“Mark Rutte bölgədəki vəziyyət və Ukrayna-Rusiya cəbhəsində baş verən hadisələrlə bağlı öz qiymətləndirmələrini yenicə bölüşüb. Daha əvvəl də dəfələrlə dediyim kimi, Rusiya tərəfindən eskalasiya davam edir. Ukraynanın hava istiqamətində daha çox dəstəyə ehtiyacı var, bu da bizim təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Bu, bütün Avropanın vəzifəsidir. Növbəti altı ay həlledici olacaq və biz Polşa və NATO olaraq fərqli ssenarilərə hazır olmalıyıq. Rusiyanın hər hansı bir NATO üzvü olan ölkəyə qarşı təxribat törətmə ehtimalını istisna edə bilmərik”, – Tusk yazır.