Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir gün ərzində dünyada koronavirusun 267 mindən artıq yeni halı aşkar edildi
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir gün ərzində dünyada koronavirusun 267 mindən artıq yeni halı aşkar edildi

Son bir gün ərzində dünyada koronavirusun 267 mindən artıq yeni halı aşkar edildi. Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının veb səhifəsində dərc olundu.

Epidemiyanın başlamasından sonra, dünyada koronavirus infeksiyası 21.29 milyondan artıq insanda təsdiq olundu. Son bir gün ərzində virusdan 5 985 insan vəfat etdi.

Dünyada koronavirus nəticəsində bu günə qədər ümumilikdə 761 779 insan vəfat edib.