Çində son altı gün ərzində hər gün koronavirusun 100-dən artıq yeni halı aşkar olunur
Çində son altı gün ərzində hər gün koronavirusun 100-dən artıq yeni halı aşkar olunur

Çində son altı gün ərzində hər gün koronavirusun 100-dən artıq yeni halı aşkar olunur. Ötən bir gün ərzində ölkədə koronavirusun 109 yeni halı təsdiq olundu.

Çin hakimiyyəti güman edir ki, bayram günləri zamanı yoluxma halları hiss olunacaq dərəcədə artacaq.

Prevensiya məqsədilə, Çində 30 milyona qədər insan təcrid olunub. Ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, epidemiyanın balşlamasından sonra ölkədə koronavirusun 89 336 halı qeydə alınıb, 4 635 insan vəfat edib.

Hazırda Çində Ümumdunya Səhiyyə Təşkilatının xüsusi qrupu işləyir. Onlar qlobal pandemiyanın əmələ gəlməsini araşdırırlar.