Silvio Domente - Dünya Səhiyyə Təşkilatı bu mərhələdə səyahətlərin dayandırılması ilə bağlı tövsiyyələr vermir, ancaq ölkələr özləri məhdudiyyət qoya bilərlər
Silvio Domente - Dünya Səhiyyə Təşkilatı bu mərhələdə səyahətlərin dayandırılması ilə bağlı tövsiyyələr vermir, ancaq ölkələr özləri məhdudiyyət qoya bilərlər

Dünya Səhiyyə Təşkilatı koronavirusla bağlı səyahətlərin və ticarətin dayandırılması ilə bağlı tövsiyyələr vermir, ancaq ölkələr tərəfindən səyahətlərə məhdudiyyətin qoyulması və əlavə tədbirlərin keçirilməsi istisna olunmur, – bu barədə bəyanatı Dünya Səhiyyə Təşkilatının Gürcüstan Ofisinin rəhbəri Silvio Domente verdi.

Silvio Domente “Tbilisi Mariot” mehmanxanasında keçirilən görüşdə iştirak edir, harda Səhiyyə Nazirliyi və Dünya Səhiyyə Təşkilatının Gürcüstan Ofisi, Gürcüstanda akkreditə olunan səfirlərə koronavirusla bağlı vəziyyət haqqında məlumat verirlər.

Görüş BMT-nin daimi koordinatoru ofisinin dəstəyi ilə keçilir.

Silvio Domente qeyd etdi ki, koronavirus olduqca tez yayılır.

Dünya Səhiyyə Təşkilatının Tbilisi Ofisinin rəhbəri bəyan edir ki, koronavirusun yaylması ilə bağlı iki ssenari var, virusun digər ölkələrdən gətirilməsi və ölkə daxilində yayılmasıdır. Hər iki ssenari üçün də xüsusi rekomendasiyalar var, hansını ölkə nəzərə almalıdır.