SEMEK elektrik enerjisinin istehlak tariflərini artıq hər il nəzərdən keçirməyəcək
SEMEK elektrik enerjisinin istehlak tariflərini artıq hər il nəzərdən keçirməyəcək

Yeni tarif metodologiyasına görə, SEMEK (Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası) elektrik enerjisinin istehlak tariflərini artıq hər il nəzərdən keçirməyəcək

Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyasının sədri, İrina Miloravanın dediyinə görə, ayın sonunda komissiya tərəfindən təyin ediləcək tarif üç il davam edəcək. Onun dediyinə görə, yalnız bir istisna var.

“Ayın sonunda komissiya tərəfindən təyin edilən tarif 2018-ci il yanvarın 1-dən 2020-ci ilin sonuna qədər olacaq. Yəni, komissiya artıq hər illik rejimdə tarifləri yenidən hesablamayacaq. Yenidənbaxma həcmin mühüm dəyişikliyi baş verdiyi təqdirdə olacaq”, – İrina Milorava bəyan etdi.