David Narmaniya elektrik enerjisinin yeni tarifinin təsdiq edilməsində iştirak etməyəcək
David Narmaniya elektrik enerjisinin yeni tarifinin təsdiq edilməsində iştirak etməyəcək

David Narmaniya elektrik enerjisinin yeni tarifinin təsdiq edilməsində iştirak etməyəcək. SEMEK-in (Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası) yeni üzvü sabah və o birisi günü planlaşdırılmış iclaslarda iştirak etməyəcək, çünki ilkin prosseslərdə iştirak etməmişdir, – tənzimləyici kommisiyadan Birinci Kanala bildirdilər.

Parlament tərəfindən kommisiyaya təsdiq olunmuş ikinci üzvü, Qoça Şoniyaya gəldikdə, tariflərin müzakirəsində iştirak edirdi və müvafiq olaraq, iclaslarda da iştirak edəcək.

Bu gün Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası bir neçə SES-in tarifini müəyyən edəcək. “Telasi” və “Ekspo Corcia”-nın istifadəçi tarifi isə çərşənbə axşamının iclasında təsdiq olunacaq.