"Energo Pro Georgia"-nın abunəçiləri üçün artırılmış tarif yanvarın birindən işə düşəcək
"Energo Pro Georgia"-nın abunəçiləri üçün artırılmış tarif yanvarın birindən işə düşəcək

“Energo Pro Georgia”-nın tariflərinin artırılmasını SEMEK (Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası) dəstəklədi. Artırılmış vergi 2018-ci il yanvar 1-dən qüvvəyə minəcək  2020-ci ilin sonuna qədər qüvvəyə olacaq.

“Energo Pro Georgia”-nın əhali üçün tarifləri (ƏDV daxil olmaqla):

Birinci mərhələ (101 kvts daxil olmaqla)

cari tarif 12.95404 tetri

yeni tarif 14.2367 tetri

 

İkinci mərhələ (101-301 kvts)

cari tarif 16.930644 tetri

yeni tarif 18.213 tetri

 

Üçüncü mərhələ (301 kvts-dan artıq)

cari tarif 21.45004 tetri

yeni tarif 22.7331 tetri

Kommisiya sabah “Georgian Water and Power”-in abunəçiləri üçün su tarifini müəyyən edəcək.