Tbilisidə qazın qiyməti azaldı
Tbilisidə qazın qiyməti azaldı

Tbilisidə təbii qazın tarifi 0,014 tetri ilə azaldı.

“Kaz-Trans-Qaz”-ın abonentləri 2019-cu ilin yanvarın 1-dən bir kub metr təbii qaz üçün 46.139 tetri ödəyəcəklər.

Hazırda qüvvədə olan tarif isə, 46.153 tetridir.

Bu qərarı Gürcüstanın Energetika və Su təminatının Tənzimləmə Komisiyasının üzvləri verdilər.

Komisiyanın sədri İrina Miloravanın dediyinə görə, istifadəçi tarifinin azaldılması qazın distribusiya tarifinin azaldılması ilə bağlıdır.