Səhiyə Nazirliyi və Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin qaynar xətt nömrələrinə "Maqti" və "Bilayn" şəbəkələrindən zənglər pulsuzdur
Səhiyə Nazirliyi və Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin qaynar xətt nömrələrinə “Maqti” və “Bilayn” şəbəkələrindən zənglər pulsuzdur.
Bu haqda məlumat Səhiyyə Nazirliyinin yaydığı bəyanatda verilir.
Nazirliyin məlumatına görə, müvafiq qərarı koronavirusla bağlı yaranan vəziyyətdən dolayı telekomunikasiya şirkətlərinin özləri verdilər.
“Səhiyyə Nazirliyi əhalinin məlumata ehtiyyacı olduğu dövrdə, şirkətlər tərəfindən sosiyal məsuliyyətin fəallaşmasını salamlayır. Xatırladırıq ki, Səhiyyə Nazirliyinin qaynar xətt nömrəsi 15-05 24 saat ərzində işləyir.
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin qaynar xəttinə isə, 116 001-nömrəyə, saat 21:00-a qədər, şənbə-bazar isə, 18:00-a qədər zəng vura bilərsiniz” – deyilir Nazirliyin bəyanatında.