Təcili tibbi yardım xidməti əməkdaşının koronavirusdan vəfat etməsi təqdirində, onun ailəsinə dövlət 10 minə lariyə qədər yardım edəcək
Təcili tibbi yardım xidməti əməkdaşının koronavirusdan vəfat etməsi təqdirində, onun ailəsinə dövlət 10 minə lariyə qədər yardım edəcək

Təcili tibbi yardım xidməti əməkdaşının koronavirusdan vəfat etməsi təqdirində, vəfat edənin ailə üzvünə birdəfəlik pul yardımı veriləcək – 10 min laridən artıq olmayaraq. Xidmət vəzifələrini yerinə yetirərkən əməkdaşın ölümü təqdirində isə, yardımın miqdarı 5 min laridən artıq olmayaraq müəyyənləşdirildi.

Müvafiq dəyişiklikləri Səhiyyə nazirinin 6 noyabr tarixli əmri nəzərdə tutur. Əmr dərc olunan andan qüvvəyə minib və bir oktyabrdan başlamış əlaqələrə aiddir.

Əmrə müvafiq olaraq, Gürcüstan Səhiyyə Nazirliyinin nəzarətinə tabe olan – Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin nizamnaməsinin 4-cü maddəsinin 6-cı müddəasının “j” bəndi qarşıdakı redaksiya ilə formalaşsın: “səlahiyyətlidir ki, yeni koronavirus (SARS-CoV-2) ilə əmələ gəlmiş infeksiyadan (COVID-19) mərkəzin əməkdaşının ölümü tədirində, Nazirliklə razılaşdıraraq, onun ailəsinə 10 min laridan artıq olmayaraq birdəfəlik pul yardımı, xidmət vəzifələrini yerinə yetirərkən əməkdaşın ölümü təqdirində isə, yardımın miqdarı 5 min laridən artıq olmayaraq ayırsın.

Xatırladaq ki, koronavirusun yayılmasından sonra, “COVID-19”-dan ölkədə təcili tibbi yardımın iki əməkdaşı vəfat etdi. Onlar Bağdati və Axalkalaki təcili tibbi yardım xidmətinin əməkdaşları idilər.