Beka Peradze - bir maydan bu günə qədər 8 561 obyekt yoxlanıldı
Beka Peradze - bir maydan bu günə qədər 8 561 obyekt yoxlanıldı

Şirkətlərin yoxlanılması may ayının birindən fəal şəkildə həyata keçirilir, – bu barədə Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Əmək Şəraitləri Müfəttişliyi Departamentinin rəsisi, Beka Peradze bəyan etdi.

Onun dediyinə görə, koronavirus şəraitində Səhiyyə Nazirliyi tərəfindən verilən rekomendasiyaların şirkətlər tərəfindən təmin edilməsinə nə qədər hazır olduqları yoxlanılır.

“Hökumət tərəfindən bəyan edilmiş plan-cədvələ müvafiq olaraq, maksimal olaraq çoxlu müəssisə və şirkəti yoxlayırıq ki, koronavirus şəraitində Səhiyyə Nazirliyi tərəfindən verilən rekomendasiyaların şirkətlər tərəfindən təmin edilməsinə nə qədər hazır olduqlarını öyrənək, həmçinin fəaliyyətlərində problemləri yaranmasın. 10 gün ərzində biz, müxtəlif idarələrin qoşulması ilə, 8 561 obyekti yoxladıq”, – Beka Peradze bəyan etdi.