Prokuror - həddi büluğa çatmamış iclasda heçnə demədi
Prokuror - həddi büluğa çatmamış iclasda heçnə demədi

Tbilisidə, iki şagirdin qətli işi üzrə yaxalanan həddi büluğa çatmayan Q.B. məhkəmə iclasında bir şey demədi, – bu bəyanatı prokuror, Yoseb Xutsişvili mediyaya bildirdi.

Prokurorluğun nümayəndəsinin dediyinə görə, məhkəmə istintaq orqanının mövqesi ilə tamamilə razılaşdı və vasitəçiliyini təmin etdi.

Bundan başqa, Xutsişvili açıqladı ki, qanunla müəyyən edilmiş müddətdə, bu gün cinayətin ört-badır edilməsinə görə yaxalanlara qarşı ittiham irəli sürüləcək.

“Həddi büluğa çatmayan heçnə deməyib. Tələbimiz təmin edildi. İntensiv araşdırma gedir. Bu gün yaxalananlara qarşı ittiham irəli sürüləcək və məhkəməyə müraciət edəcəyik”, – Yoseb Xutsişvili bəyan etdi.

 

Tbilisi Şəhər Məhkəməsi Xorava küçəsində qətldə ittiham olunan həddi büluğa çatmayanlara qarşı həbs qətimkan tədbirini seçdi. İşdə ittiham olunanlardan biri həbsdədir, o birisi gizlənir.