Partlayış təhlükəsinə görə, Moskva mərkəzindən minlərcə insan təxliyyə edildi
Partlayış təhlükəsinə görə, Moskva mərkəzindən minlərcə insan təxliyyə edildi

Partlayış təhlükəsinə görə, Moskva mərkəzindən minlərcə insan təxliyyə edildi. Hüquqmühafizəçilər  tərəfindən Böyük Teatr, “Metropol” mehmanxanası və MUM-un boşaldılması qərarı anonim zəngin əsasında baş verdi.

Yerli mediyanın məlumatına görə, Qırmızı Meydan həndəvərində yerləşən ticarət mərkəzindən və “Metropol” mehmanxanasından 5 minə qədər insan təxliyyə edildi. Hüquqmühafizəçilərin bəyan etdiyinə görə isə, Moskvanın Böyük Teatrı da boşaldılıb.

Reutersin müxbirinin bəyan etdiyinə görə, teatrda təxliyyə tamaşanın başlamasına qədər bəyan edildi.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisninin, Aleksandr Bortnikovun bəyanatına görə, hədə qorxu tərkibli zənglərin arxasında xaricdə yaşayan 4 vətəndaş durur. Yüksək vəzifəlinin məlumatına görə,  şübhəlilərin müttəfiqləri Rusya ərazisində də var