Moskvada kişi bir nəfəri qətlə yetirdi və girovlar götürdü
Moskvada kişi bir nəfəri qətlə yetirdi və girovlar götürdü

Moskvada naməlum şəxs binada atəş açdı və bir nəfəri qətlə yetirdi. Rusiya mediyasının məlumatına görə, silahlı şəxs bir neçə nəfəri girov götürüb.

Rusiya paytaxtının cənub-şərq hissəsində baş verən hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər olunub. Polis cinayətkarı həbs etməyə çalışır.

“Münaqişə biznes subyektləri arasında mülkiyyət mübahisəsi əsasında baş verdi. Hadisə İlovaiskaiya küçəsində baş verdi. Mübahisənin iştirakçılarından biri, ikincisini yaraladı. Qurban həlak oldu”, – Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi qeyd edir.