Moskvaya rekord səviyyədə qar yağıb
Moskvaya rekord səviyyədə qar yağıb

Moskvada meteoroloji müşahidələrin aparıldığı tarix ərzində rekord səviyyədə qar yağıb.

Dünən, səhər saatlarında qarın qalınlığı 43 santimetrə çatıb.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, iki sutka ərzində Moskvaya aylıq normanın 122%-i miqdarında yağıntı düşüb.

Qar yağıntısı ilə əlaqədar  ağacların aşması nəticəsində beş nəfər xəsarət alıb, bir nəfər ölüb.

Aşan ağacların sayı iki mini ötüb. Hava limanlarında 110 hava reysi təxirə salınıb.