Şimali Koreyanın Xarici İşlər naziri rəsmi səfərlə Moskvaya getdi
Şimali Koreyanın Xarici İşlər naziri rəsmi səfərlə Moskvaya getdi

Şimali Koreyanın Xarici İşlər naziri, Li Yon Xo rəsmi səfərlə Moskvaya getdi. Rus mediasının məlumatına görə, Xarici İşlər nazirinin təyyarəsi Moskvanın aeroportlarının birinə Aşqabaddan endi.

Yayılan məlumata görə, Rusiya və Şimali Koreya Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin və Koreya yarımadasındakı durumun müzakirə ediləcəyi gözlənilir.

Şimali Koreyanın Moskvadakı səfirliyi əlavə detallar barədə bu vaxta qədər məlumat yaymayıb.