Pakistanda intiharçı terrorçu özünü partlatdı
Pakistanda intiharçı terrorçu özünü partlatdı

Pakistanın şimal-qərb hissəsində yerləşən Belucistan əyalətində intiharçı terrorçu özünü partlatdı. Üç insan, o cümlədən polis zabiti və onun sürücüsü həlak oldu.

Hücüma məsuliyyəti üzərinə “Taliban” hərəkatının Pakistan qanadı götürdü.

Belucistan əyalətində,  son bir il ərzində həyata keçirilmiş hücum nəticəsində 180-dən artıq insan həlak oldu