Pakistanda məktəblərdən birində partlayış nəticəsində ən azından yeddi insan həlak oldu
Pakistanda məktəblərdən birində partlayış nəticəsində ən azından yeddi insan həlak oldu

Pakistanda məktəblərdən birində partlayış nəticəsində ən azından yeddi insan həlak oldu. “BBC”-nin yaydığı məlumata görə, partlayış Heşavar şəhərində yerləşən dini məktəbdə tədris prosesi keçirilən zamanı baş verdi.

Polisin məlumatına görə, ölənlər arasında müxtəlif yaşlı uşaqlar və yeniyetmələr var. Yaralananlar da var. Onların sayı dəqiqləşdirilməyib.

Baş verənlər üzrə məsuliyyəti üzərinə hələlik heç bir qruplaşma götürməyib.

Pakistanın Heşavar şəhəri Əfqanıstan sərhədində yerləşir və zoraklıq halları əksər hallarda “Taliban” hərəkatı ilə bağlıdır.